Bakıda Od çərşənbəsi qeyd olunub

Bakıda Od çərşənbəsi qeyd olunub. Ənənəyə görə, bu gün tonqalın üzərindən tullanmaqla daxildə olan azar-bezarı yandırırlar.

İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarı yandırırlar.

APA TV-nin gecə növbətçiləri Bakının qədim məhəllələrindən olan "Sovetski"də olub, sakinlərin Od çərşənbəsini qeyd etmələrini görüntüləyiblər.

 

Müəllif | Apa.Tv