Yasamalda "Volkswagen" beton qarışdıran maşınla toqquşdu

Ötən gecə Bakının Yasamal rayonunda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Salamzadə küçəsində qeydə alınıb.

 

"Volkswagen" markalı avtomobil beton qarışdıran maşına çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü  idarəetməni itirib və avtomobil hərəkət istiqamətini dəyişərək yolayrıcına çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb.

 

Hadisə yerinə Dövlət Yol Polisinin (DYP) əməkdaşları gəliblər. Araşdırmalar zamanı məlum olub ki, "Volkswagen" beton qarışdıran maşını sağdan ötmək istəyib və bu zaman toqquşma baş verib. Avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib. Araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv