“Atletiko”nun hücumçusu ölümlə təhdid olunur

“Atletiko”nun hücumçusu Rafael Santos Borre ölümlə təhdid olunur. APA TV-nin məlumatına görə, icarə əsasında Kolumbiyanın “Deportivo Kali” klubunda çıxış edən futbolçu azarkeş tərəfindən təhdid edilir.

 

Onun “Amerika Kali”nin “Qırmızı Baron” ləqəbli fanatı tərəfindən hədələndiyi deyilir. Borre fevralın 24-də ondan məktub alıb.

 

Hazırda Kolumbiya polisi məsələni araşdırır. Yaxın günlərdə tərəflərin məsələ ilə bağlı dindiriləcəyi gözlənilir.

 

Borre “Atletiko”ya 2015-ci ilin yayında keçib və 6 illik müqavilə bağlayıb. Həmçinin o, icarə əsasında “Deportivo Kali”də çıxış edir.

Müəllif | Apa.Tv