Dünyanın ən varlı adamlarının yeni siyahısı açıqlandı
ABŞ-ın "Microsoft" korporasiyasının təsisçisi Bill Geyts ötən il olduğu kimi, bu il də dünyanın ən varlı adamı adına sahib çıxıb.
APA TV-nin məlumatına görə, "Forbes" jurnalının reytinqinə əsasən B.Geytsin sərvəti 75 milyard dollardır.
İkinci yerdə “Orteqo Inditex” şirkətinin rəhbəri Amansio Orteqa (67 milyard dollar), 3-cü yerdə isə “Berkshire Hathaway” şirkətinin başçısı Uorren Baffet (60,8 milyard dollar) qərarlaşıb.
Siyahıda dördüncü və beşinci yerləri müvafiq olaraq iş adamı Karlos Slim (50 milyard dollar) və Amazon.com-un baş direktoru Cozef Besos (45,2 milyard dollar) tuturlar.
İlk onluqda “Facebook”un təsisçisi Mart Zukerberq, “Oracle” şirkətinin təsisçisi Larri Ellison, “Bloomberg” agentliyinin sahibi Maykl Blumberqin də adı var.
Qeyd edək ki, “Forbes”in sonuncu reytinqində azərbaycanlı da yer alıb. “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov 8,9 milyardlıq sərvətlə Rusiya milyarderlərinin reytinq cədvəlində 9-cu yerdə qərarlaşıb.