Donald Tramp 5 ştatda qalib gəldi

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasının namizədi, milyarder  Donald Tramp 5 ştatda keçirilən ilkin seçkilərdə qalib gəlib.

 

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı xəbər verib.

 

D.Trampın rəqibi Ted Kruz Oklahoma ştatında 5% çox səs toplaya bilib. O, həmçinin Senatda təmsil etdiyi Texas ştatında da qalib olub.

 

Floridadan olan senator Marko Rubio heç bir ştatda qələbə qazana bilməyib.

 

Qeyd edək ki, “Böyük çərşənbə axşamı” ABŞ-da seçkiqabağı kampaniyanın mühüm mərhələlərindən biri hesab edilir.

Müəllif | Apa.Tv
Apa.tv