Satıcının başının qarışıq olduğunu görüb mağazanı soydu

Şumqayıtda oğurluq etdiyinə görə 1 nəfər tutulub. Günün günorta cağı Sumqayıt şəhərində "Narıncı" ərzaq mağazasına daxil olan naməlum şəxs satıcının bir necə nəfərə qulluq etdiyini görüb. Başı qarışan satıcı bir də ayılıb ki, xəzinədə nə pul var, nə də danışıq kartları...

 

APA Tv-nin xəbərinə görə, istintaq araşdırmaları zamanı məlum olub ki , Fuad İsmaylov əvvəllər də oğurluq maddəsi ilə məşğul olub. Faktla bağlı cinayət işi acılıb. Təqsirləndirilən şəxsin digər cinayətlərdə iştrak edib etmədiyi yoxlanılır.

Müəllif | Apa.Tv