Klinton 5 ştatda ilkin seçkilərin qalibi oldu
ABŞ prezidentliyinə namizəd, sabiq dövlət katibi Hillari Klinton Virciniya, Corciya, Alabama və Tennesi ştatında keçirilən ilkin seçkilərdə qalib gəlib. APA TV-nin məlumatına görə, bu barədə CNN telekanalı xəbər verib.
NBC telekanalın məlumatına əsasən, H.Klinton həmçinin Massaçusets ştatında da qələbə qazanıb.
Onun Demokrat Partiyasından olan əsas rəqibi Berni Sanders isə doğma Vermont ştatında irəlidədir.
Adıçəkilən ştatlarda seçki dairələri Bakı vaxtı ilə səhər saat 04:00-da bağlanıb.
Qeyd edək ki, “Super çərşənbə axşamı” ABŞ-da seçkiqabağı kampaniyanın mühüm mərhələlərindən biri sayılır.