“Qalatasaray” 1 il müddətinə Avrokubokdan uzaqlaşdırıldı
Türkiyənin “Qalatasaray” klubu UEFA tərəfindən cəzalandırılıb. Apasport.az-ın “Milliyet” qəzetinə istinadən məlumatına görə, İstanbul təmsilçisi bir il müddətinə avrokuboklardan kənarlaşdırılıb.
“Cim-bom”un prezidenti Dursun Özbək ötən həftə İsveçrəyə yollanaraq, UEFA nümayəndələri ilə görüşüb. O, qarşı tərəfi müxtəlif dəlillərlə tanış etsə də, prezidentin bu səyi nəticəsiz qalıb.
Qitə futbol qurumu maliyyə feyr-pley qaydalarını pozan “Qalatasaray”a güzəşt etməyib. “Aslan” avrokuboklara vəsiqə qazanarsa, gələn mövsüm bu hüquqdan məhrum olacaq. Türkiyə klubu ardıcıl iki il Avrokuboka vəsiqə əldə edə bilməsə, o zaman cəzası qüvvədən düşəcək.