Nizami Qocayev işdən çıxarıldı - YENİLƏNİB

İsmayıllı rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.

 

APA-nın məlumatına görə, şöbənin rəisi Nizami Qocayev xidmətdə olmanın son yaş həddi ilə bağlı tutduğu vəzifədən kənarlaşdırılıb.

 

Rayon Polis Şöbəsindən APA-ya N.Qocayevin işdən çıxarılması xəbərini təsdiqləyiblər. Bildirilib ki, şöbənin rəisi vəzifəsini hazırda rəis müavini Şöhrət Kərimov icra edir.

 

APA-nın əldə etdiyi məlumata görə, Nizami Qocayev Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Gəncə şəhər icra şöbəsinin rəisi təyin edilib. Bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

Müəllif | Apa.Tv
Apa.tv