Göygöldə maşın aşdı

Göygöldə sürücünün yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nın qərb bürosunun xəbərinə görə, hadisə Göygöl şəhərində, Avtovağzalın yaxınlığında qeydə alınıb.

 

Rayon sakini, 1989-cu il təvəllüdlü Elvin Abbasov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq aşıb. Qəza zamanı sürücü müxtəlif bədən xəsarətləri alaraq Göygöl Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv