İtkin düşən Gəncə sakininin meyiti Göygöldə tapıldı

Bir neçə gün əvvəl yoxa çıxan Gəncə şəhər sakininin Göygöldə qətlə yetirilərək basdırıldığı məlum olub.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, rayon hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir həftə əvvəl itkin düşən Gəncə şəhər sakini, 53 yaşlı Eldar Əliyevin meyiti Göygöl rayonunun Axarca kəndi ərazisində yerləşən meşə massivində basdırılmış halda aşkarlanıb.

 

Məlumata görə, o, Cavid adlı Göygöl rayon sakini tərəfindən bir həftə əvvəl qətlə yetirilərək orada basdırılıb. Cinayəti törədən şəxs saxlanılıb. Cinayət törədilən zaman ərazidə daha bir neçə nəfərin olduğu bildirilir.

 

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma davam edir.

Müəllif | Apa.Tv
Apa.tv