Dollar bahalaşmaqda davam edir

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi yüksəlib. Mərkəzi Bank dolların kursunu 1,5843 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında dəyər qazanıb. Avronun rəsmi məzənnəsi 1,7204 manat olaraq açıqlanıb.

 

Rusiya rublunun məzənnəsi də artıb. Hazırda 1000 Rusiya rublu 21 manat 70 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv