Şirvanda oksigendoldurma məntəqəsində partlayış: 1 ölü

Bu gün səhər saatlarında Şirvan şəhəri, Mahir Mirzəyev küçəsində yerləşən oksigendoldurma məntəqəsində bədbəxt hadisə baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, nəticədə 49 yaşlı kişi ölüb.

 

Bildirilir ki, oksigen balonu yaranmış təzyiq nəticəsində partlayıb və həmin məntəqədə çalışan 1967-ci il təvəllüdlü Məmmədov Füzuli Seyran oğlu zərbənin gücündən divara çırpılıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə-Tibi Ekspertiza Mərkəzinə yerləşdirilib. İlkin rəyə əsasən, adı çəkilən sexdə təhlükəsizlik qaydalarına riayət olunmayıb və işçilərin tam təhlükəsiz vəziyyətdə işləməsi üçün müdiriyyət tərəfindən şərait yaradılmayıb.

 

Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı