Şimali Koreya yeni raketlər buraxdı - YAPONİYA İSTİQAMƏTİNƏ

Koreya yarımadasının şərq sahillərindən, daha dəqiq Vonsan şəhəri yaxınlığından Yapon dənizi istiqamətində bir neçə uzaqmənzilli raket buraxılışı həyata keçirilib.

 

APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, ekspertlər atəşin artilleriya tipli qurğulardan açıldığını güman edir.

Bununla belə, buraxılan raket sayının dəqiq məlum olmadığı bildirilir. Raket buraxılışı BMT-nın Şimali Koreyanın yanvar ayında hidrogen bombasının sınaqdan keçirməsinin ardından bu ölkəyə qarşı son 20 ilin ən sərt sanksiyalarının tətbiqi barəsindəki qərar verməsindən cəmi bir neçə saat sonra gerçəkləşib.

Hələ fevral ayında Pxenyan tərəfindən kosmosa yeni peyk çıxaran ballistik raket buraxılıb. Qeyd edək ki, BMT rəsmi Pxenyanın bu addımlarına qarşı Şimali Koreyaya ilk sanksiyaları 2006-cı ildə tətbiq etməyə cəhd edib. Həmin dövrdən sonra bu məhdudiyyətlər gah sərtləşdirilib, gah da yumşaldılıb. Lakin Pxenyan özünün nüvə proqramından bu günə qədər imtina etməyib.

Müəllif | Apa.Tv
Apa.tv