Türkiyədə PKK ilə qanlı döyüş: 3 əsgər şəhid oldu
Türkiyənin Mardin vilayətinin Darkeçid qəsəbəsində türk əsgərlərinin terrorçulara qarşı həyata keçirdikləri zamanı 3 türk əsgəri şəhid olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahından məlumat verilib.
Keçirilən xüsusi əməliyyat nəticəsində 8 PKK terrorçusunun da ələ keçirildiyi açıqlanıb.