Tovuzda yanğın: köməyə gedən qonşu tüstüdən zəhərləndi

Tovuzda yaşayış binasında yanğın olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərində 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində Aybəniz Quliyevaya məxsus mənzildə qeydə alınıb.

 

Ev sahibəsinə kömək etməyə gedən qonşu İlham Hüseynov tüstüdən zəhərlənmə simptomu ilə, Aybəniz Quliyeva isə hipertonik kriz keçirdiyi üçün Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

 

Hadisə yerinə FHN-in Tovuz rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 45 kvadratmetr olan iki otaqlı mənzilin mətbəxində mebel 10 kvadratmetr sahədə yanıb.

Müəllif | Apa.Tv
Azər Məmmədli