Türkiyədə polis şöbəsinə hücum edən iki qadın terrorçu öldürüldü - KAMERA GÖRÜNTÜSÜ

Türkiyədə Bayrampaşa Çevik Qüvvələr Şöbə Müdirliyinə iki qadın terrorçu hücum edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hücum anbaan təhlükəsizlik kameralarında qeydə alınıb.

 

Videodan iki qadın terrorçunun atəş açdığı, qumbara atdığı görünür. Polisin qarşılıq verməsindən sonra qadınlar qaçır. Qadınlar "təslim ol" əmrinə atəş açaraq cavab verir. Yaxınlıqdakı bir binada gizlənən qadınlara qarşı əməliyyat keçirilir. Təxminən iki saat yarım davam edən əməliyyatdan sonra terrorçular ölü ələ keçirilib. Bir polisin yüngül yaralandığı bildirilir.

 

Qadınların PKK terror təşkilatının üzvü olduğu güman edilir.

Müəllif | Apa.Tv
Apa.tv