Gəncə sakinini Göygöldə qətlə yetirənlər tutuldu - TƏFƏRRÜAT

Göygöldə qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

 

Göygöl rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, martın 2-də Göygöl Rayon Polis Şöbəsinə fevralın 25-də itkin düşmüş Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Eldar Əliyevin rayonun Axarça kəndi yaxınlığında meşə massivində küt alətlə qətlə yetirilib basdırılması barədə məlumat daxil olub.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə cəlb olunub və meyiti eksqumasiya edilib.

 

Göygöl rayon prokurorunun köməkçisi Vasif Süleymanov bildirib ki, faktla bağlı Göygöl rayon Prokurorluğunda Azərbaycan respublikasının cinayət məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanılıb. İstintaq aparılır. İş üzrə 4 nəfər şübhəli şəxs kimi saxlanılıb.

 

DİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Balçılı kənd sakinləri Cavid Cəfərov və Cinayət Məcəlləsinin 144 və 182-ci maddələri ilə axtarışda olan Qoçu Kərimov tutulub, cinayətin digər iki iştirakçısının da kimliyi müəyyənləşdirilib.

 

İlkin ehtimala görə 5 nəfər birlikdə yeyib içiblər. Daha sonra yaranan mübahisə zamanı Cavid Cəfərov dəmir alətlə Eldar Əliyevi vuraraq qətlə yetirib. Yanında olan 4 nəfərin köməyi ilə meyit yaxınlıqda olan meşə massivində basdırılıb.

Müəllif | Apa.Tv
Azər Məmmədli