Laçın və Cəbrayıl rayonlarının icra başçıları işdən çıxarıldı

Mahmud Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Akif Səlimov Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Müəllif | Apa.Tv
Apa.tv