Qubanın üç kəndində meşə yanğını olub

Ötən gün  axşam saatlarında Quba rayonunda yanğın hadisəsi qeydə alınıb. APA TV-nin şimal bürosunun məlumatına görə, rayonun Qımıl kəndi ərazisində meşə massivində yanğın baş verib.

 

Hadisə yerinə FHN-in Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ümumilikdə bir hektar ərazidə quru kol-kos yanıb. Meşə sahəsi yanğından mühafizə olunub.

 

Analoji hadisə Quba rayonun daha iki kəndində olub. İkinci Nügədi kəndi ərazisində 2 hektar, Tülər kəndi ərazisində isə 3 hektar kol-kos yanıb.

 

Qusar və Xaçmaz rayonlarında da yanğınlar qeydə alınıb. Qusarın Xural və Mucuq kəndlərində kol-kos yanıb.

 

Yanğınların səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Vəli Turan