Azərbaycanda dollar 1,6019 manat oldu, avro 3 qəpik bahalaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi yüksəlib. Mərkəzi Bank dolların kursunu 1,6019 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında kəskin dəyər qazanıb. Avronun rəsmi məzənnəsi 1,7536 manat olaraq açıqlanıb.

 

Rusiya rublunun da məzənnəsi artıb. Hazırda 1000 Rusiya rublu 21 manat 90 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv