Gəncə-Şəmkir yolunda ağır qəza: 3 yaralı

Gəncə-Şəmkir avtomobil yolunda xəsarətlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə avtomobil yolunun 3-cü kilometrliyində qeydə alınıb.

 

Şəmkir rayonunun Muxtariyyə kənd sakini, 1989-cu il təvəllüdlü Eşqin Qasımov idarə etdiyi “Lada Priora” markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən arxadan eyni istiqamətdə hərəkət edən Tovuz rayon sakini Taqəddin Yusifovun sürdüyü “KamAz” markalı yük maşınına çırpılıb: "Getdiyim yerdə arxadan vurdu. Qarşıdan maşın gəlmirdi. Az qala maşını aşıracaqdım. Güclə saxladım..."

 

Qəza nəticəsində ağır xəsarət alan sürücü və onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Lamiyə Orucova və digər sərnişin, 1990-cı il təvəllüdlü Tural Kamilli Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli