Pentaqon: Şimali Koreyanı məhv etməyə hazırıq - MÜHARİBƏ TƏHLÜKƏSİ

Ehtiyac olduqda ABŞ Şimali Koreyanın nüvə arsenalını məhv etməyə hazırdır.

 

APA TV-nin “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun nümayəndəsi bəyan edib.

 

“Mövqeyimiz dəyişməz olaraq qalır. Hesab etmirik ki, Şimali Koreya qitələrarası nüvə başlıqlı ballistik raketlərə malikdir. Lakin ehtiyac olduqda, ABŞ Şimali Koreyanın nüvə arsenalını məhv etməyə hazırdır”, - deyə Pentaqon rəsmisi bildirib.

 

Qeyd edək ki, Şimali Koreyanın lideri Kim Çen In KXDR-nın  hər an nüvə silahından istifadə edə biləcəyini bəyan edib.

 

Xatırladaq ki, martın 2-də  BMT  Təhlükəsizlik Şurası və ABŞ-ın Maliyyə Nazirliyi KXDR-ə qarşı yeni sanksiyalar paketini tətbiq edib.

Müəllif | Apa.Tv
Apa.tv