Kemeron: "Putinlə ciddi söhbət etmək lazımdır"
"Rusiya hərbi aviasiyası Suriyada bombardmanları davam etdirir və onların hədəfində yalnız terrorçular deyil. Zərbələrə məruz qalan müxalifət qruplaşmaları isə Suriyada atəşkəsi dəstəkləyən qüvvələrdir".
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu açıqlamanı Fransada səfərdə olan Böyük Britaniyanın baş naziri Devid Kemeron verib.
"Suriyadakı vəziyyəti Britaniya, Fransa, Almaniya və Rusiya liderləri birgə müzakirə etməlidir", - deyə hökumət rəhbəri bildirib.
Kemeron qeyd edib ki, atəşkəs barədə ABŞ və Rusiyanın razılaşmasını alqışlayırlar: "Amma tam sülh o vaxt əldə olunacaq ki, Suriyadakı hazırkı rejim və onun başında duranlar dəyişəcək. Məhz buna görə mən, Olland və Merkel Putinlə ciddi söhbət etməliyik. Rusiya Suriyadakı hərbi əməliyyatları dayandırmalı və Əsədi dəstəkləməkdən vaz keçməlidir".