Alman tolerantlığı: donuz ətindən hazırlanan sosislər satışdan çıxarılır - MÜSƏLMANLARA GÖRƏ

Almaniyada donuz ətindən hazırlanan sosislər satışdan yığışdırılır. APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, bu addım ölkəyə pənah gətirən müsəlman miqrantların heysiyyətini təhqir etməmək məqsədilə atılıb.

Hökumətin bu addımı heç də birmənalı qarşılanmır. Çünki donuz ətindən hazırlanan sosislər bir bakal pivənin vazkeçilməz qəlyanaltısıdır və bu menyu alman mətbəxinin ən yaxşı təamlarından hesab edilir. Amma Almaniyada bu menyuya artıq konkret məkanlarda rast gəlinəcək. Donuz ətindən hazırlanan məhsullar konkret yerlərdə satılacaq.

Məsələyə Almaniyada kafe və restoran sahibləri də münasibət bildiriblər. Onların əksəriyyəti ölkədə müsəlman qaçqınların günü-gündən artdığını nəzərə alaraq bu addımı dəstəklədiklərini bildiriblər. Təbii ki, bunu bəyənməyənlər də var.

Almaniya rəsmiləri də belə bir addımın atılmasında yekdil fikirdə deyillər. Kansler Angela Merkelin partiyasından olan bəzi şəxslər bunu doğru hesab etmir. Gələn həftə isə donuz ətindən hazırlanan ət məhsullarının satışına məhdudiyyət qoyulması məsələsi parlamentin müzakirəsinə çıxarılacaq.

Məsələnin iqtisadi tərəfləri və bundan narahat olanlar da az deyil. Almaniyada kənd təsərrüfatının əsas sahələrindən birini donuzçuluq təşkil edir. Şimal əyalətlərindən olan Şlezviq-Qolşteyndə yaşayan fermerlər narahatdırlar. Onlar ölkə büdcəsinə 15 faizini məhz donuzçuluq sayəsində vergi ödədiklərini bildirirlər.

Ultra-milliyətçi "Peqida" təmsilçiləri də bu addımın qəti əleyhinədir. "Onları heç kəs bura dəvət etməyib. Müsəlmanlar artı ölkəmizdə qadınların geyim tərzinə belə qarışmağa başlayıblar", - deyə təşkilatın rəhbərlərindən biri qeyd edib. 

Müəllif | Apa.Tv
Apa.tv