Müdafiə Sənayesi Nazirliyinin təhlükəsizlik idarəsinin rəisi intihara cəhd edib
Müdafiə Sənayesi Nazirliyinin təhlükəsizlik idarəsinin rəisi Orxan Ağazadə intihara cəhd edib. APA TV-nin "müsavat.com"a istinadən xəbərinə görə, martın 3-dən 4-ə keçən gecə Cavanşir körpüsünün üstünə çıxan idarə rəisi oradan özünü atmaq istəyib.
Orxan Ağazadəyə ərazidən keçən polis əməkdaşları mane ola biliblər. Saxlanılan idarə rəisi polisə aparılıb. Olayın hansı səbəbdən baş verdiyi araşdırılır.
Nizami Rayon Prokurorluğundan isə olayla bağlı araşdırma aparıldığı, Orxan Ağazadənin iş yerindəki mübahisə zəminində belə bir addım atmağa qərar verdiyini bildiriblər. Qeyd ediblər ki, araşdırma sonucunda hansı tədbirin görüləcəyi qərarlaşdırılacaq.