PKK Türkiyədə polis şəhərciyini qan gölünə çevirdi - ÖLƏNLƏR VAR

Türkiyədə PKK növbəti terror  aktı tördəbib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Mardinin Nusaybin qəsəbəsində polislərin yaşadığı evlərin qarşısında bomba yüklənmiş avtomobil partlayıb.

Eyni vaxtda bina qumbaraatanlarla atəşə tutulub. İlkin məlumatlara görə, 2 polis şəhid olub, 35 nəfər isə yaralanıb. Yaralananlardan ikisi mülki şəxsdir, digərləri polis və polis ailələrinin üzvləridir.
 

Bir neçə bina partlayışın gücündən tamamilə dağılıb, yanğın olub. Nəqliyyata Nəzarət Polis İdarəsinin polisləri terrorçulara cavab atəşi açıb, atışmalar bir müddət davam edib.

Müəllif | Apa.Tv
Apa.tv