Akif Çovdarovun həbs müddəti uzadıldı
Bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsinin A.Çovdarovun həbs müddətinin 4 ay artırılması barədə qərarı qəbul edib.
Qeyd edək ki, A.Çovdarov ötən il noyabrın 15-də həbs edilərək barəsində Səbayel rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilir.