Bakıda daha bir avtobus qəzası: piyada keçidinə və 9 maşına dəydi - YENİLƏNİB
Bakıda Aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, ümumilikdə 20 nəfər xəsarət alıb.
Hadisə şahidləri və Suraxanı Rayon Polis İdarəsi YPX-dən verilən məlumata görə, qəza 160 saylı marşrutla hərəkət edən "Daewoo" markalı avtobusla 90 EJ 930 dövlət nömrə nişanlı "Toyota Prado", 99 EE 706 dövlət nömrə nişanlı "Chevrolet", “VAZ 2109” və daha bir neçə maşın toqquşub.
Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, ilkin məlumata əsasən hadisə zamanı xoşbəxtlikdən ölən olmayıb. Xəsarət alanlardan 8 nəfər isə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Onlardan 3-nün vəziyyəti ağırdır.