Salyanın icra başçısı işdən çıxarıldı

Prezident İlham Əliyev Tahir Kərimovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 

APA TV-nin məlumatına görə, dövlət başçısının digər sərəncamları ilə Sevindik Hətəmov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Müəllif | Apa.Tv
Apa.tv