Sahibkarlığa Kömək Milli Fondunun yeni saytı təqdim edildi

Bu gün Sahibkarlığa Kömək Milli Fondunun yeni dizaynda tərtib edilmiş internet səhifəsinin təqdimatı keçirildi.

 

APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov bildirdi ki, qurum tərəfindən 8 istiqamətdə interaktiv, 10 istiqamət üzrə informativ elektron xidmətlər göstərilir. Elektron xidmətin tətbiqi şəffaflığın, sahibkarlarla birbaşa təmasın daha da artırılması baxımdan önəmlidir.

 

SKMF-in icraçı direktoru Şirzad Abdullayev isə bu ilin ötən dövrü ərzində Fond tərəfindən 3 527 sahibkara 245 mln. manatdan çox güzəştli kreditin verildiyini açıqladı. Bu ilin ötən dövründə verilmiş kreditlərin 64 faizi aqrar sahə, 36 faizi sənaye məhsullarının istehsalı və emalı sahələrinə ayrılıb.

 

Bundan sonra sahibkarlar güzəştli kreditləri elektron qaydada əldə edə biləcəklər. Fondun layihə barədə rəyi elektron qaydada müvəkkil kredit təşkilatına qaytarılacaq və bu barədə məlumatlar sahibkarların elektron ünvanına göndəriləcək. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova