Oğurluğa görə tutulan keçmiş məhkum: “Yeyib-içməyə xərcləyirdim”
Bakının Yasamal rayonunda mənzildən oğurluq edən şəxs saxlanılıb. Yasamal Rayon Pollis idarəsinin əməliyatçıları rayon sakini Xatirə Hüseynovanın evindən 3000 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 40 yaşlı Anar Mirzəyevi yaxalayıb. Aparılan araşdırmalar zamanı Anarın daha bir neçə oğurluqda iştirakı üzə çıxıb. İstintaq materiallarında Anar Mirzəyevin Bakı şəhər sakinləri Siyavuş Mehdiyevin və İldırım Əsədovun evlərini qarət etməsi göstərilsə də, saxlanılan şəxs deyib ki, siyahını uzatmaq da olar.
Əvəllər də məhkumluq həyatı yaşayan Anar oğurluq yolu ilə əldə etdiyi pulları kafe və restoranlarda yeyib içməyə xərclədiyini bildirib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir. Anar Mirzəyevi isə 10 illik azadlıqdan sonra yenidən həbsxana həyatı gözləyir.