Kürdəmirdə iki yük maşını toqquşdu

Kürdəmirdə iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə səhər saatlarında Ağsu-İmişli-Kürdəmir yolunun 39-cu kilometrliyində, Kürdəmir rayonunun Atakişilər kəndindən keçən hissəsində qeydə alınıb.

 

Sabirabad rayon sakini, 40 yaşlı Ağabala Gülbala oğlu Şükürovun idarə etdiyi yük maşını ilə arxadan gələn Laçın rayon sakini, 26 yaşlı Qərib İman oğlu Mürşüdovun idarə etdiyi eyni markalı maşın toqquşub. Qəza nəticəsində maşında sıxılmış vəziyyətdə qalmış Q.Mürşüdovu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.  Yaralı Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Hadisəyə səbəb kimi havanın dumanlı olması göstərilir. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Zahid Abışov