Prezidentin korteji qəzaya düşdü - KAMERA GÖRÜNTÜSÜ


Polşanın cənubunda ölkə prezidentinin korteji qəzaya uğrayıb. APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, həmin vaxt dövlət başçısı xidməti avtomobilində olub.


Hadisə barədə prezident Anjey Duda mətbuata özü açıqlama verib. "Enli magistralda avtomobil sürətlə hərəkətdə idi. Qəfildən sıxlıq yarandı və sürücü maşını arakəsmələrə tərəf yönləndirə bildi. Təkər yolun nisbətən nahamar hissəsinə düşdü, amma xəsarət alan yoxdur", - deyə o qeyd edib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv