ABŞ apreldə Suriya və İraqa nüvə zərbəsi endirə bilər - YENİ TƏYYARƏLƏRLƏ
ABŞ Suriya və İraqa İŞİD-lə mübarizə məqsədilə yeni bombardmançılar göndərir. APA TV-nin Fox News-a istinadən məlumatına görə, B-52 təyyarələri nüvə zərbələri endirmək qüdrətinə malikdirlər.
Bombardmanlara aprel ayından başlanacağı qeyd olunur. B-52-lər indi bölgədəki əməliyyatlarda iştirak edən B-1-ləri əvəz edəcək.
Suriya və İraqa göndəriləcək təyyarələrin sayı açıqlanmayıb.