Cəbhədə ermənilərin hərbi texnikası və çoxlu hərbçisi belə məhv edildi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
"Martın 4-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin son təxribat törətmək cəhdinə cavab olaraq, bölmələrimiz növbəti təxribata hazırlaşan düşməni əvvəlcədən aşkar edərək ona qabaqlayıcı zərbə endiriblər".
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, atəş nəticəsində hərbi texnika və onlarla canlı qüvvə itirən düşmən törətdiyi qanlı fəaliyyəti öz xalqından yenə də gizlədir.
"Azərbaycan Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdi, eləcə də dinc yaşayış məntəqələrimizin atəşə tutulması Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq, düşmənin Ağdərə, Madagis, Talış və digər məntəqələrdə yerləşən hərbi infrastrukturu atəşlə məhv ediləcək".