Cəlilabadda “KamAZ”la “Jiquli” toqquşdu: 3 yaralı

Cəlilabadda 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonunun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

 

Lənkəran rayon sakini Nurəddin Əliyevin idarə etdiyi “KamAZ” markalı yük maşını Astara istiqamətində hərəkətdə olarkən Cəlilabadın Sabirabad sakini Ədalət Abışovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən minik avtomobilinin sürücüsü və sərnişinləri - Aygün Cəfərova və  Məhbubə Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

“KamAZ”-ın sürücüsünün sözlərinə görə, qəza “VAZ-2107”-nin sürücüsünün yol hərəkəti qaydalarına riayət etməməsi səbəbindən baş verib.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır

 

Müəllif | Apa.Tv