Gəncədə BMW “Hyundai”a çırpıldı: 2 yaralı
Gəncədə iki nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.
Göygöl rayon sakini, 1976-cı il təvəllüdlü Aydın Məmmədov idarə etdiyi BMW markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxıb və yolun kənarında olan “Hyundai”a çırpılıb. Qəza zamanı sürücü və sərnişini, 1989-cu il təvəllüdlü Zakir Hüseynov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkim Zabit Vəliyevin sözlərinə görə, onlardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, digər sərnişində isə yüngül dərəcəli yaralar olub.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.