Milli Parkda Bədən tərbiyəsi və idman günü qeyd olunub

5 Mart - Bədən tərbiyəsi və idman günüdür. APA TV-nin xəbərinə görə, bu münasibətlə gənclər və idman naziri Azad Rəhimov və idman ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

 

Azad Rəhimov bütün idmançıları təbrik edib: "Bu idman gününü Azərbaycana ulu öndər bəxş edib. Bundan sonra bizim bütün idmançılar bu bayramı qeyd edirlər. Bulvarda silsilə tədbirlərdir. Üzümüzə gələn 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə gözəl idmançı xanımları təbrik edirəm. Bizim nailiyyətlərimiz günü-gündən artır. Azərbaycan idman ölkəsidir. Bizi çoxlu tədbirlər gözləyir. Bu tədbirlər Bakıda  bütün idman sevərlər üçün bayrama çevriləcək".

 

Daha sonra Dənizkənarı Milli Parkda tədbir keçirilib. Milli Parkda müxtəlif idman növləri nümayiş etdirilib. Gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Olimpiya çempionları və başqa şəxslər oyunları izləyiblər. Tədbirdə müxtəlif federasiyaların, Bakı şəhərində fəaliyyət göstərən aparıcı idman klublarının, Uşaq-Gənclər İdman Məktəblərinin, cəmiyyətlərin rəhbərləri və idmançıları iştirak edib.

 

Azərbaycan Kapoeyra İdman Federasiyasının fəxri prezidenti Taleh Orucov: "İdman ictimaiyyəti olaraq biz idmançıların bayramıdır. Bu gün biz 3 növlə burada çıxış edirik. Kifayət qədər maraqla qarşılanacaq".

 

- Bizdə bu gün idman günüdür. Mən indi "Baku 2016" loqotipi hazırlayıram. İşləmişəm, artıq bitirirəm.

 

- Biz Rəssamlıq Akademiyasının tələbələriyik. 2016-cı ildə Azərbaycanda keçiriləcək bütün oyunların loqolarını hazırlayırıq. Formula-1, İslam Oyunlarını əks etdiririk.

 

- Biz burada Bakı Sualtı Ovçuluq Klubunu təqdim edirik. 2010-cu ildən yaradılmış bir klubdur. Hazırda Azərbaycanda bu idman növünün federasiyası yoxdur. Sadəcə, bu idman növünü sevənlər  var. Bu idman növünü sevənlər də özləri belə klublar yaradır və onun ətrafında birləşiblər. Hazırda Azərbaycanda bir neçə dəfə bu idman növü üzrə çempionat keçirilib.

 

- Rusiyada yarışda iştirak edəcəyik. İki-üç dəfə 1-2-ci yer tutmuşuq. Qara dənizdə çox yerdə üzüb qayıtmışıq Bakıya. Çox yaxşı idman növüdür.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova