Qazaxda iki "Jiquli" toqquşdu: ölən və yaralananlar var
Qazaxda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər yaralanıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə qəza Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 496-cı kilometrliyində, Qazax rayonu ərazisində qeydə alınıb.
Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Teyyub Əliyev idarə etdiyi “VAZ-2106” ilə Qazax rayon sakini, 1992-ci il təvəllüdlü Elvin Kərəvəliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəza zamanı “VAZ-2106”-nın sərnişini, 1988-ci il təvəllüdlü Ceyhun Əliyev hadisə yerində vəfat edib, avtomobilin sürücüsü və digər sərnişin, 1987-ci il təvəllüdlü Samir Abdullayev, həmçinin “VAZ-2107”-nin sürücüsü ağır bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.