Azərbaycanda dollar, avro və rubl bahalaşıb
Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, 1 ABŞ dollarının kursu 1,6105 manat olaraq müəyyənləşib. Avronun rəsmi kursu 1,7699 manat, 1000 Rusiya rublu isə 22 manat 30 qəpikdir.
8 mart tarixi qeyri-iş günü olduğundan Mərkəzi Bank bu gün iki günlük məzənnə açıqlayacaq.