Tiflis-Bakı avtobusu qəzaya uğradı, yaralananlar var

Bakı-Qazax yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Qazax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Tiflis-Bakı marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə Qazax rayon sakini, 1993-cü il təvəllüdlü İbrahim Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

 

Nəticədə “Mercedes”in sürücüsü və sərnişin, 1995-ci il təvəllüdlü Elfaq Quliyev müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

   

Müəllif | Apa.Tv
Apa.tv