Şirvan sakinindən "Makarov" götürüldü
Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şirvan şəhər sakini Əvəz Umayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Ə. Umayev Suraxanı rayonu Hövsan bağlar massivində yaşadığı evin yaxınlığında saxlanılıb. Onun üzərindən sandıqçasında 6 ədəd patron olan “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.