Neftin qiyməti 40 dollara yaxınlaşır

Dünya bazarında neft bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, birjalarda həftənin ilk hərraclarında "Brent" markalı neftin qiyməti 39,50 sent təşkil edib. Bu, ötən həftənin son hərracında qeydə alınan qiymətdən 56 sent bahadır. Qərbi Texas nefti də əhəmiyyətli dərəcədə bahalaşıb. May ayının ikinci yarısı üçün bağlanan fyüçerslərdə WTI neftinin qiyməti 36,67 dollar olaraq müəyyənləşib. Bu, ötən həftənin qiymətindən 73 sent bahadır.

 

Ekspertlər neftin bahalaşma tendensiyasının yaxın iki-üç gün ərzində davam edəcəyini proqnozlaşdırılar. 

Müəllif | Apa.Tv
Apa.tv