ABŞ-da ilkin seçkilər: Hillari Klinton daha bir ştatda uduzdu
Demokratların prezidentliyə namizədi Bern Sanders Men ştatında keçirilən ilkin seçkilərdə qalib gəlib. APA TV-nin məlumatına görə, o əsas rəqibi Hillari Klintonu əhəmiyyətli dərəcədə qabaqlaya bilib.
Ştat üzrə səslərin 75 faizi artıq hesablanıb, Berni Sanders 63,8, Hillari Klinton isə 36 faiz səs toplayıb.
Men ştatındakı nailiyyəti Sandersin sayca 8-ci qələbəsidir.
Qeyd edək ki, Bern Sanders bundan öncə Nyu-Hempşir, Vermont, Nebraska, Kanzas, Oklahoma, Minnesoto və Kolorado ştatlarındakı ilkin partiyadaxili seçkilərin favoriti olub. Hillari Klinton isə 12 ştatdakı praymerizlərdə uğur qazanıb.