Şimali Koreya nüvə silahı ilə hədələdi

Birləşmiş Ştatlarla Cənubi Koreyanın müştərək həyata keçirdikləri irimiqyaslı hərbi təlimlərə cavab olaraq, Şimali Koreya hökuməti ABŞ-ın kontinental hissəsinə, eləcə də Asiya-Sakit okean regionunda yerləşən hərbi bazalarına nüvə zərbələrinin endirə biləcəyini bəyan edib.

 

APA TV-nin "Vesti.Ru"ya istinadən xəbərinə görə, Şimali Koreya hökuməti eyni zamanda Cənubi Koreyanın azad edilməsi üçün yeni hərbi əməliyyat planının hazırlandığını da bildirib.

 

Qeyd edək ki, martın 2-də BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsinə, həmçinin orbitə "Kvanminson-4" raketini çıxarmasına cavab olaraq bu ölkəyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan yeni qətnamə qəbul edib. 

Müəllif | Apa.Tv
Apa.tv