Gürcüstan XİN: Delimitasiya məsələsi gündəlikdən çıxmalıdır

“Azərbaycanla Gürcüstan arasında dərin strateji tərəfdaşlıq mövcuddur”. APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

Nazir qeyd edib ki, görüşdə sərhəd xəttinin delimitasiyası sahəsində əməkdaşlığa da toxunulub: “Delimitasiya ilə bağlı bu yaxınlarda işçi qrupunun görüşü keçiriləcək. Sərhəd xəttinin uzunluğu 480 km-dir, ondan 314 km-i razılaşdırılıb. Belə qərara gəlmişik ki, bu məsələni yerindən tərpədək və qalan hissəni də razılaşdıraq. Gürcüstanlı ekspertləri Azərbaycana səfərə dəvət etmişik”.

 

Gürcüstanın xarici işlər naziri Mixail Canelidze Elmar Məmmədyarovun fikirlərini dəstəkləyib: "Delimitasiya məsələsi artıq gündəlikdən çıxmalıdır. Ümid edirəm ki, gələn görüşə kimi delimitasiya məsələsini həll etmiş olacağıq”.

Müəllif | Apa.Tv
Apa.tv