8 martın ən gözəl hədiyyəsi - SORĞU

8 mart - tək Beynəlxalq Qadınlar Günü deyil. Bu həm də zərif cinsin nümayəndələrinə diqqət günüdür. Bəs qadınlarımız bu gün nə hədiyyə gözləyirlər? Kişilərimiz qadınlara nə hədiyyə etməyi düşünürlər? Bu suallara cavab tapmaq üçün paytaxt sakinləri arasında sorğu keçirdik.

 

- Evdə oğlanlarımdan, ərimdən hədiyyə gözləyirəm. Hədiyyəni hələ görməmişəm, gedim evə, görək nə alacaqlar. Mənim ən çox xoşladığım güldür. Pul da verirlər, paltar da alırlar, gül də alırlar.

 

- Mən Azərbaycanın bütün xanımlarını təbrik edirəm. Anamı, mənə doğma bütün xanımları təbrik edirəm.  Qadınlara qarşı şiddəti yığışdırsınlar, qadınlara qarşı mehriban olsunlar.

 

- Qadınlar nə istəyəcək Kİ. Hamıya ən yaxşı günlər arzulayıram. Rahat həyat istəyir qadınlar. Şərt hədiyyə deyil. Etibarlı bir kişi olsa bəsdir. Diqqətli olsun. Bir dəstə gül də bəs edir. Təki yaddan çıxmasın qadınlar.

 

- Anama gül almışam. Anama təbrik edirəm deyəndə də qəbul edir, amma bacıma mütləq nə isə almaq lazımdır.

 

- Dünyada olan bütün qadınları və öz anamı təbrik edirəm. Gül almışam. Çünki analar güllər kimi təbiidir. Qadınlar daha çox qayğı diqqət gözləyir.

 

- Bütün qadınları təbrik edirəm. Sevgilimiz yoxdur, hər halda anamıza bacımıza hədiyyə alarıq.

 

- Qadınlar daha çox mehribançılıq istəyir.

 

- Əlimizdəki hədiyyələri qrup yoldaşlarımız verib. Mən anama hədiyyə almışam. Xırdavat. Qadınlara daha çox lazım olan diqqətdir, amma hədiyyə də lazımdır. Ən xoşladığım hədiyyə güldür.

 

- Mən anama hədiyyə alacağam, amma hələ seçməmişəm.

 

Bayramınız mübarək, əziz qadınlar!

Müəllif | Apa.Tv
Apa.tv