Bayram Səfərov: "Qarabağ erməniləri mənimlə telefonda danışıblar"

Xocavənd rayonunun ermənilər tərəfindən işğalının 21 il ötür. Rayonun işğal olunmayan kəndlərində ildönüm münasibəti ilə sükut yürüşü keçirilib.

 

Şuşa və Xocavənd rayonlarının icra başçıları, Xocavənd uğrunda döyüşlərdə iştirak edən keçmiş döyüşçülər və respublikanın bir çox bölgələrindən olan ziyalılar da yürüşə qatılıblar.

 

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov münaqişənin nizamlanması ilə bilavasitə məşğul olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin dəyişdirilməsinə münasibət bildirib. Bildirib ki, həmsədrlərin dəyişdirilib-dəyişdirilməməsindən asılı olmayaraq, onların fəaliyyəti qənaətbəxş sayılmır.

 

Bayram Səfərov Qarabağ ermənilərinin hazırda çox ağır vəziyyətdə yaşadıqlarını vurğulayıb: "Mənimlə telefonla danışanları olub, çox ağır yaşamaqlarından, çətinlik çəkməklərindən şikayətlənirlər. Deyirlər ki, torpaqları azad edin, gəlin yaşayaq"

 

Müəllif | Apa.Tv