Neftin qiymətləri sabitləşir - 40 dollar

Dünya bazarında neftin qiyməti 40 dollar ətrafında sabitləşməkdədir. APA TV-nin məlumatına görə, birjaların səhər seanslarında “Brent” markalı neft 39,78 dollardan satılıb. Bu, son üç gün ərzində qeydə alınan orta göstəriciyə yaxın qiymətdir.

 

Ən yüksək qiymət isə dünən qeydə alınıb, birjalarda “Brent” nefti 41,33 dollardan satılıb.

 

Bazarda Qərbi Texas neftinə də tələbat artıb. May ayının ikinci yarısı üçün bağlanan fyüçerslərdə WTI markalı neftin qiyməti 36,63 dollardan müəyyənləşib.

 

Ekspertlər həftə ərzində neftin qiymətlərinin nisbətən sabit qalacağını proqnozlaşdırılar. Ümumilikdə isə həftə sonuna qədər neftin qiymətində cüzi eniş olacağı da istisna edilmir. 

Müəllif | Apa.Tv
Apa.tv